AZ

Putinin səfir təyin etdiyi İradə Zeynalova kimdir?

Vladimir Putin Azərbaycan əsilli rusiyalı teleaparıcı İradə Zeynalovanı səfir təyin edib.

Azerforum.com xəbər verir ki,  İradə Zeynalova Rusiya Federasiyasının Mavrikidə fövqəladə və səlahiyyətli səfiri təyin olunub.


İradə Aftandil qızı Zeynalova (20 fevral 1972, Moskva) — rusiyalı jurnalist, müxbir, teleaparıcı. NTV-də "Vesti nedeli"( 'Həftə nəticələri') proqramının müəllifi və aparıcısı (2016-cı ildən). Bundan əvvəl Kanal 1-də (2012-2016) "Vremya" ("Vaxt") proqramının bazar buraxılışına ev sahibliyi edib və eyni zamanda Böyük Britaniya (London) və İsrail (Tel-Əviv) və eyni zamanda Böyük Britaniya (London) Kanal 1in müxbir bürosunun rəhbər olub.

Rusiya Televiziyası Akademiyasının üzvü, jurnalist Svetlana Zeynalovanın böyük bacısıdır. 20 fevral 1972-ci ildə Moskvada metis ailəsində anadan olub: atası Aftandil Isabalı oğlu azərbaycanlıdır, anası Galina Alekseevnanın milliyəti rusdur. Svetlana Zeynalovanın (1977-ci il təvəllüdlü) böyük bacısıdır. İdrak və tərbiyə baxımından İradənin daha çox Azərbaycanlı, Svetlanadan daha çox rus olduğu qeyd olunur.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
424
30
azerforum.com

10Mənbələr