AZ

Putinin səfir təyin etdiyi azərbaycanlı xanım jurnalist KİMDİR?

Xəbər verdiyimiz kimi, R️usiya Prezidenti Vladimir Putin azərbaycanlı jurnalist İradə Zeynalovanı Mavriki Respublikasına səfir təyin edib.

Tanınmış jurnalistin dosyesini oxucularına təqdim edir:

İradə Aftandil qızı Zeynalova 20 fevral 1972-ci ildə Moskvada anadan olub. Atası Aftandil İsabalı oğlu milliyətcə azərbaycanlı, anası Qalina Alekseevna isə rusdur.

İ.Zeynalova Moskvanın 61 nömrəli məktəbində orta təhsilini başa vurub. 1995-ci ildə Tsiolkovski adına Rusiya Dövlət Texnoloji Universitetini bitirib. Universiteti bitirdikdən sonra ABŞ-da təcrübə keçib.

O, 1997-ci ildən bəri televiziyada işləyir. Başlanğıcda Vesti (RTR) proqramında redaktor vəzifəsində, həmçinin İngilis dilindən tərcüməçi kimi çalışıb.

İradə Zeynalova 2000-2003-cü illərdə “Vesti” və “Vesti Nedeli” proqramlarının müxbiri olub. 2002-ci ilin oktyabrında Dubrovkada baş verən terror aktı zamanı orada çalışıb. 2003-cü ilin aprelində “Rossiya” telekanalından ayrılıb. Tanınmış jurnalist 2003-cü ildən 2016-cı ilə qədər “Kanal Bir”də çalışıb.

İ.Zeynalova 2014-cü ilin avqust ayında Krımın Rusiyaya birləşdirilməsindəki mövqeyinə görə sanksiya siyahısına daxil edilib.

2016-cı ilin noyabrında teleaparıcının Birinci Kanaldan NTV kanalına keçdiyi məlum olub.

İradə Zeynalova birinci həyat yoldaşı, jurnalist Alekey Samolyotovdan 2015-ci ilin oktyabrında boşanıb. Cütlüyün 20 il davam edən evliliyindən Timur adlı oğlu var.

O, I və II dərəcəli “Vətənə görə xidmət” ordenləri ilə təltif olunub./Musavat.com

Seçilən
21
3
editor.az

5Mənbələr