AZ

“Azərkosmos” qlobal peyk operatoru ABS şirkəti ilə əməkdaşlığa başlayıb

“Azərkosmos”

Bakı, 12 sentyabr, AZƏRTAC

“Azərkosmos” qlobal peyk operatoru ABS şirkəti ilə əməkdaşlığa başlayıb.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, sentyabrın 13-dən 16-dək Niderland Krallığının Amsterdam şəhərində keçirilən “IBC 2024” beynəlxalq sərgi-konfransında sözügedən əməkdaşlığa dair müqavilə imzalanıb.

Bu əməkdaşlıq sayəsində “Azərkosmos” ABS şikətinə məxsus peyk vasitəsilə Nigeriya ərazisində öz müştərilərinə “Pay TV” (ödənişli televiziya yayımı) xidmətini təqdim edəcək. Qeyd edək ki, “Pay TV” xidməti yalnız peyk və ya kabel televiziyası şirkətinə abunə olaraq aktiv edilən xidmətdir.

Eyni zamanda, qlobal peyk operatoru ilə tərəfdaşlıq “Azərkosmos” üçün yeni biznes xətlərini genişləndirmək imkanı yaradır. Belə ki, “Azərkosmos” təkcə öz peyk resurslarının satışı ilə deyil, qlobal partnyorlara məxsus peyk xidmətlərinin kommersiyalaşdırılması ilə də gəlir əldə edir və Afrika bazarında video xidmətlərinin həcmini artırır.

“Bir neçə istiqamətdə yeni kommersiya imkanları yaradan bu əməkdaşlığımız “Azərkosmos”un xidmətlərini Afrika regionunda daha da artıracaq. ABS ilə birgə görüləcək işlərin təməlində keyfiyyət, müştəri məmnuniyyəti və xidmət davamlılığımız dayanır”, – deyə “Azərkosmos”un İdarə heyətinin sədr müavini Fuad Aslanov bildirib.

ABS şirkətinin baş kommersiya direktoru Ramsi Hanfur (Ramsey Khanfour) əlavə edib: “Bu tərəfdaşlıq Qərbi Afrika bazarında həm əhatə dairəmizi, həm də xidmət təkliflərimizi genişləndirmək fürsəti verir. Biz regionda etibarlı və yüksək keyfiyyətli ödənişli televiziya yayımı xidmətləri sayəsində təcrübəmizi birləşdirəcəyik”.

Seçilən
34
17
azertag.az

10Mənbələr