AZ

Putinin səfir təyin etdiyi azərbaycanlı xanım jurnalist KİMDİR?

Xəbər verdiyimiz kimi, R️usiya Prezidenti Vladimir Putin azərbaycanlı jurnalist İradə Zeynalovanı Mavriki Respublikasına səfir təyin edib.



İctimaimedia.az tanınmış jurnalistin dosyesini oxucularına təqdim edir:



İradə Aftandil qızı Zeynalova 20 fevral 1972-ci ildə Moskvada anadan olub. Atası Aftandil İsabalı oğlu milliyətcə azərbaycanlı, anası Qalina Alekseevna isə rusdur.



İ.Zeynalova Moskvanın 61 nömrəli məktəbində orta təhsilini başa vurub. 1995-ci ildə Tsiolkovski adına Rusiya Dövlət Texnoloji Universitetini bitirib. Universiteti bitirdikdən sonra ABŞ-da təcrübə keçib.



O, 1997-ci ildən bəri televiziyada işləyir. Başlanğıcda Vesti (RTR) proqramında redaktor vəzifəsində, həmçinin İngilis dilindən tərcüməçi kimi çalışıb.



İradə Zeynalova 2000-2003-cü illərdə “Vesti” və “Vesti Nedeli” proqramlarının müxbiri olub. 2002-ci ilin oktyabrında Dubrovkada baş verən terror aktı zamanı orada çalışıb. 2003-cü ilin aprelində “Rossiya” telekanalından ayrılıb. Tanınmış jurnalist 2003-cü ildən 2016-cı ilə qədər “Kanal Bir”də çalışıb.



İ.Zeynalova 2014-cü ilin avqust ayında Krımın Rusiyaya birləşdirilməsindəki mövqeyinə görə sanksiya siyahısına daxil edilib.



2016-cı ilin noyabrında teleaparıcının Birinci Kanaldan NTV kanalına keçdiyi məlum olub.



İradə Zeynalova birinci həyat yoldaşı, jurnalist Alekey Samolyotovdan 2015-ci ilin oktyabrında boşanıb. Cütlüyün 20 il davam edən evliliyindən Timur adlı oğlu var.



O, I və II dərəcəli “Vətənə görə xidmət” ordenləri ilə təltif olunub.Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
3
ictimaimedia.az

5Mənbələr