AZ

Narinin azadlığa buraxılan atasından mətbuata ilk AÇIQLAMA

Türkiyənin Diyarbəkir vilayətində avqustun 21-də yoxa çıxan və 19 gündən sonra kəndin yaxınlığındakı dərə yatağında çuvalın içərisində cəsədi tapılan səkkiz yaşlı Narin Güranın işi çərçivəsində istintaq davam edir.

Narinin digər şübhəlilərlə birlikdə saxlanılan və daha sonra azadlığa buraxılan atası Arif Güran mətbuata ilk açıqlamasını verib.

Bu barədə KAİM.az Türkiyə mətbuatına istinadən xəbər verir.

“Arzum o idi ki, qızım sağ tapılsın. İlk gündən deyirik ki, dövlət buradadır. Dövlət əlindən gələndən də artığını etdi. Qızımın məzarının olması belə, dövlətin səyi nəticəsindədir.

İstintaqla bağlı onsuz da məxfilik qərarı var. Kim edibsə, Allahın izni ilə, dövlət hamısını tapıb aşkara çıxaracaq. Prokurora verdiyim ilk ifadəm də, son ifadəm də eynidir. İstintaqla bağlı heç nə demək istəmirəm. Dövlət mənimlə heç nəyi bölüşmür. Siz nə bilirsinizsə, mən də onu bilirəm.

Bu araşdırma üçün dövlət istənilən şəxsi saxlaya bilər. Dövlət kimdən şübhələnirsə, onu da istintaqa cəlb edə bilər. İstintaq bitənə qədər bütün kəndi belə cəlb edə bilər. Mən kimdən şübhələndimsə, jandarma ilə paylaşdım.

Şübhələndiyim biri olsaydı, jandarmaya bildirərdim. Kənd 90 evdən ibarətdir. Güran soyadında cəmi 10 ev var. Əsrlərdir ki, bu kənddə yaşayırlar. Bilsəydim, deyərdim. İnanıram ki, ədalət öz yerini tapacaq. Biz Türkiyə Respublikasında yaşayırıq. Heç nə gizli qalmayacaq. Dövlət qızımın qatilinin qanını yerdə qoymayacaq. Türk xalqı mənim qızıma sahib çıxdı, Allah onlardan razı olsun.

Bunu edənlərə də Allah lənət eləsin, biz kiçik bir ailə idik” , – deyə o bildirib.

“Qızımın acısını yaşaya bilmirəm. Səhərə yaxın evə gələndə qızımın məzarına getdim. Fenomenlər qızımın məzarına gəlib şəkil çəkirlər. Tanımadığım insanların qızımın fotolarını çəkməsini və fenomenlərin qızımdan faydalanmasını istəmirəm. Xahiş edirəm, etməsinlər. Allah xatirinə, etməyin. Hazırda dövlət və prokuror araşdırmalar aparır” , – deyə Arif Güran əlavə edib.

O, həmçinin Narinin cəsədini dərə yatağına basdıraraq gizlədən və cinayətdə şübhəlilərdən olan Nevzat Bahtiyar haqqında da danışıb.

“Hər axşam məsciddə yanımda oturan adamdır, amma yanında oturduqda belə insanların çirkin üzlərini görə bilmirsən” , – deyə Arif Güran qeyd edib.

Seçilən
26
16
kaim.az

10Mənbələr