AZ

Adil Əliyevi kim əvəzləyəcək: Gülşən Paşayeva, yoxsa Fariz İsmayılzadə?

Hazırda Mərkəzi Seçki Komissiyası növbədənkənar parlament seçkiləri ilə əlaqədar son şikayətləri araşdırır. Açığı, bu prosesin sonunda hansısa dairədə seçkinin nəticələrinin ləğv ediləcəyi gözlənilmir. Uzağı, hansısa seçki məntələrində nəticələr ləğv edilə bilər ki, bu da ümumi nəticəyə təsir göstərməyəcək. Bundan sonra prosedura uyğun olaraq, Konstitusiya Məhkəməsi nəticələri təsdiqləyəcək və yenu seçilən parlament fəalaiyyətə başlayacaq. İndilik aktual olan məsələlərdən biri isə parlamentə rəhbərliyin kimə həvalə olunacağıdır.Bəlli olduğu kimi, Milli Məclisə rəhbərlik sədr, onun birinci müavini və digər iki müavin tərəfindən həyata keçirilir. Parlamentə yenidən Sahibə Qafarovanın rəhbərlik edəcəyi o qədər də şübhə doğurmur. Birinci və ikinci müavin isə, müvafiq olaraq, hakim və ən çox səs toplayan müxalifət partiyasının deputatları arasından seçilir. Bu baxımdan hakim partiyanın deputatı Əli Hüseynlinin yenidən öz kreslosunu qoruyacağı gözləniləndir. Müxalifət partiyaları arasında ən çox manadat əldə edənlər isə VHP (3 mandat) və ƏHD (2 mandat) partiyalarıdır. Böyük ehtimalla, VHP təmsilçisi Fəzail İbrahimli də müavinlik statusunu saxlaya biləcək.Ən çox maraq doğuran isə ötən seçkidə Milli Məclis sədrinin müavini olan Adil Əliyevi kimin əvəzləyəcəyidir.Qeyd edək ki, bu barədə ilk dəfə müzakirələr hələ Adil Əliyevin yenidən deputat seçilməyəcəyi dəqiqləşəndə, sabiq vitse-spiker Suraxanıya icra başçısı təyin olunanda gündəmə gəlmişdi. Seçkilərdən sonra bu istiqamətdə müzakirələr daha da artıb.İlk vaxtlar bu posta seçiləcək şəxslər arasında BQP sədri Fazil Mustafa və 87 saylı Qobustan-Şamaxı-İsmayıllı seçki dairəsindən deputat seçilən Şahin Seyidzadənin adı çəkilirdi. Hətta ikincinin İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədrliyindən parlamentə gətirilməsinin də bununla əlaqədar olduğu bildirilirdi.Artıq Fazil Mustafanın vitse-spiker seçiləcəyi məsələsi öz aktuallığını itirib. Çünki birincisi, partiya bu dəfə də mandatlarının sayını artıra bilməyib. İkincisi, mövcud qaydalara görə, parlamnet sədrinin 3 müavini adətən, 1 nəfər hakim partiyanın, 1 nəfər ana müxalifət partiyasının, 1 nəfər isə bitərəflərin nümayəndəsi olmaqla seçilir. VHP 3 mandat qazandığı üçün vitse-spikerlərdən biri də qeyd etdiyimiz kimi, bu partiyadan olacaq.Şahin Seyidzadə isə seçkilərə bitərəf kimi qatılsa da, onun da vitse-spiker seçiləcəyi gözlənilən deyil. Birincisi, bitərəflər arasında ondan daha təcrübəli və nüfuzlu şəxslər mövcuddur. İkincisi, parlamentdə yerlərin çoxunu əldə edən hakim partiyanın son vaxtlar diplomatları necə deyərlər, ön xəttə çıxarmaq siyasətinə üstünlük verdiyi müşahidə olunur.Bu baxımdan fikirmizcə, hazırda boş qalan vitse-spiker postuna ya 13 saylı Xəzər ikinci Dairəsindən deputat seçilən Gülşən Paşayeva, ya da 77 saylı Lənkəran şəhər seçki dairəsindən deputat seçilən Fariz İsmayılzadənin seçilmək şansı daha yüksəkdir.Bəs, bu iki namizəddən hansı daha şanslıdır?Gəlin, əvvəlcə qısaca olaraq, onların bioqrafiyasına nəzər salaq.Gülşən Paşayeva 1983-cü ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin filologiya fakültəsini bitirib. 1996-2001-ci illərdəə "Konfliktologiya problemləri üzrə tədqiqat mərkəzi" adlı QHT-yə rəhbərlik edib. 2001–2006-cı illərdə BMT-nin Qadınlar üçün İnkişaf Fondunun regional layihəsinin Azərbaycan üzrə milli əlaqələndiricisi vəzifəsində çalışıb. 2007–2009-cu illərdə isə BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycandakı ofisinin əməkdaşı olub.2009-cu ilin iyulundan G.Paşayeva Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin Xarici siyasət məsələlərinin təhlili şöbəsinin müdiri, 2011-ci ilin yanvarında isə mərkəzin direktor müavini təyin edilib. 2018-ci ilin iyul ayından Prezident Administrasiyasında baş məsləhətçi vəzifəsində fəaliyyətə başlayan G.Paşayeva 2019-cu ilin dekabrında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü təyin edilib.Münaqişələrin həlli, təhlükəsizlik, gender və dil siyasəti məsələləri üzrə ixtisaslaşan G.Paşayeva ABŞ, Avstriya, İsveç və digər ölkələrdə sülh və münaqişələr mövzusunda 140-dan artıq beynəlxalq konfrans, seminar və təlimlərdə iştirak edib, münaqişələrin həlli texnikası və danışıqlar prosesinə dair tədqiqatlar aparıb. Ölkənin ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə "Tərəqqi" medalı ilə təltif edilib.77 saylı Lənkəran şəhər seçki dairəsindən deputat seçilən alim və diplomat, "ADA" Universitetinin prorektoru Fariz İsmayılzadə digər iddialıdan daha gənc olmasına rəğmən, yalnız elm və təhsil deyil, həm də idarəetmə və diplomatiya sahəsində də ciddi uğurlar əldə edib.F.İsmayılzadə 1996–2000-ci illərdə Qərb Universitetinin Beynəlxalq münasibətlər fakültəsinin politologiya ixtisası üzrə bakalavr, 2000–2002-ci illərdə ABŞ-nin Vaşinqton Universitetində sosial və iqtisadi inkişaf ixtisası üzrə magistr təhsili alıb, hər iki təhsil müəssisəsini fərqlənmə diplomu ilə bitirib. Daha sonra 2013–2015-ci illərdə İspaniyanın Madrid şəhərində Beynəlxalq Biznes Məktəbində təhsil alaraq buranı "Ekzekyutiv MBA" ixtisasi üzrə bitirib, ardınca Niderlandın Maastrixt Menecment Məktəbində doktorantura üzrə təhsilini davam etdirib.F.İsmayılzadə 2003–2005-ci illərdə Beynəlxalq Miqrasiya Təşkilatında müxtəlif qısamüddətli layihələrdə koordinator və menecer vəzifələrində çalışıb. 2006-cı ildə "ADA" Universitetinin prorektoru təyin edilib, beynəlxalq əlaqələr, 120 xarici universitet ilə mübadilə, ixtisasartırma proqramları, tədqiqat və sponsorluq layihələri, korporativ və hökumət tərəfdaşları ilə əlaqələr, marketinq və media əlaqələri sahələri üzrə kurator olub. Avropa İttifaqı üzrə Bilik Mərkəzinə, Xəzər Enerji və Ətraf Mühit Mərkəzinə və İnkişaf və Diplomatiya İnstitutuna rəhbərlik edib.2016-cı ildə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının üzvü təyin edilib. İşğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının Elm, Təhsil və Mədəniyyət məsələləri üzrə İşçi Qrupunun üzvüdür.ABŞ və Avropanın müxtəlif nəşrlərində, o cümlədən Mərkəzi Asiya-Qafqaz İnstitutu, Ceymstaun Fondu, Eurasiaet.org, Rüblük Türk Siyasəti, Strateji Araşdırmalar Mərkəzinin (SAM) icmalında enerji təhlükəsizliyi və regional siyasət mövzusunda 300-dən çox məqalələri dərs olunub. "Tərəqqi" və "Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919–2019)" medalları ilə təltif edilib.Göründüyü kimi, vitse-spiker seçiləcəyi iddia olunan hər iki deputatın tərcümeyi-halı xeyli zəngindir. Onların hər ikisi savadlı, təcrübəli, məsul olduqları sahədə özlərini təsdiqləmiş kadrlar kimi diqqəti cəlb edirlər.Lakin müqayisə etdikdə, F.İsmayılovun bu postu qazanmaq şansı daha çoxdur. Birincisi, ixtisasca filoloq olan G.Paşayevadan fərqli olaraq, F.İsmayılzadə bilavasitə siyasət və beynəlxalq münasibətlər üzrə ixtisaslaşıb. Fəaliyyət göstərdikləri sahələrə gəlincə, G.Paşayeva daha çox münaqişələr, dil, gender və analitika məsələləri üzrə çalışıb, P.İsmayılzadə isə praktik diplomatiya və idarəetmə sahəsində təcrübə toplayıb. Yuxarıda qeyd etdiyimiz kimi, budəfəki parlamentdə diplomatik fəaliyyətlə məşğul olan şəxslərə üstünlük verilməsi tendensiyası da diqqətdən yayınmır. Təsadüfi deyil ki, bu dəfə parlamentə seçilənlərdən 4 nəfər (Polad Bülbüloğlu, Qaya Məmmədov, Rizvan Nəbiyev, Zaur Şükürov ) diplomatdır. Bu baxımdan vitse-spiker kimi F.İsmayılzadəyə "stavka" olunacağı ehtimalı daha böyükdür.ZaurBakuPost

Seçilən
74
7
mediaxeberleri.az

8Mənbələr