AZ

Yasamalda “Tələbə adın mübarək!” adlı rayon toplantısı keçirildi.

2023-2024-cü tədris ilində Yasamal rayon sakinlərindən ali təhsil müəssisələrinə qəbulda 650 və daha çox bal toplan məzunlarla görüş keçirilib.Tədbirdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova, RİH-in vəzifəli şəxsləri, tam orta məktəblərin direktorları, yüksək nailiyyətlər göstərərək tələbə adını qazanan gənclər və onların valideynləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova vurğuladı ki, müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir. Bu insanlar isə cəmiyyəti daha da inkişaf etdirir. Ulu Öndər də deyirdi “Cəmiyyət təhsilsiz inkişaf edə bilməz”. Ümummilli liderimiz Heydər Əliyev həmişə müəllim əməyini yüksək qiymətləndirmiş, müəllim haqqında xoş sözlər söyləmişdir. O, öz müəllimlərini minnətdarlıqla xatırlayar, onların xidmətləri haqqında ürəkdolusu danışardı. Hazırda dövlətimizin müstəqilliyinin möhkəmlənməsində fəal iştirak edən insanlar məhz müəllim əməyinin yetirmələridir.
Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov tələbə adını qazanan bütün orta məktəb məzunlarını bu böyük uğur münasibətilə ürəkdən təbrik edərək bildirdi ki, əvvəlki illərdə olduğu kimi 2023-2024-cü tədris ili də Yasamal rayonu üçün uğurlu olub. İcra başçısı qeyd etdi ki, Azərbaycanda son illərdə elmin və təhsilin inkişafı ilə bağlı həyata keçirilən kompleks tədbirlər, ölkə başçısının bu sahəni dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil etməsi, təhsil işçilərinə hərtərəfli qayğı dövlətin gələcəyini daha etibarlı və inamlı görmək əzmindən xəbər verir. Həmçinin təhsil işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, onların mükafatlandırılması, fəxri adlarla təltif edilməsi, müasir standartlara uyğun yeni məktəb binalarının inşa edilərək istifadəyə verilməsi Azərbaycanda təhsilin inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olmasının bariz nümunəsidir. Bildirildi ki, Ümummilli liderimiz Heydər Əliyev təhsilə hər zaman çox böyük önəm verib. Ümummilli lider Heydər Əliyevin Azərbaycanına rəhbərlik etdiyi 1969-1982-ci illərdə ölkədə beş yeni ali təhsil müəssisəsi açıldı və ali məktəb tələbələrinin sayı 70 mindən 100 minədək artdı. Bizim gənclər o zaman SSRİ-nin aparıcı ali məktəblərinə göndərilirdi.Bu siyasət bu gün də cənab Prezidentin rəhbərliyi ilə davam edir və bizim gənclər dövlət hesabına xarici universitetlərə göndərilir.Azərbaycanda təhsil sahəsində bir çox layihələrin uğurla həyata keçirilməsində Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın böyük xidmətləri var. Son 25 il ərzində Azərbaycanda təxminən 4000-ə qədər məktəb tikilib və əsaslı şəkildə təmir edilib. Bu, bizim məktəb fondumuzun böyük əksəriyyətini təşkil edir.
Daha sonra çıxış edən Nərminə Hüseynova gəncləri təbrik edərək bildirib ki, Azərbaycanın təhsil sisteminin müasir dövrün qlobal çağırışlarına uyğun şəkildə qurulması istiqamətində bütün zəruri addımlar atılır. Gənc nəslə xüsusi diqqət göstərilir, onların ölkənin ictimai-siyasi, sosial-iqtisadi həyatında fəal iştirakı üçün geniş imkanlar yaradılır. Qeyd etdi ki, ölkəmizdə müasir dövlət gənclər siyasəti Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Dövlət gənclər siyasəti Azərbaycana rəhbərlik etdiyi ilk illərdən başlayaraq Ulu öndərin fəaliyyətində daima aparıcı istiqamətlərdən biri olmuşdur. Ulu öndərin bu sahədə həyata keçirdiyi siyasət gənc nəslin mənəvi-əxlaqi tərbiyəsinin gücləndirilməsinə, onların sosial rifahının yaxşılaşdırılmasına və zəngin elmi potensialın yaradılmasına xidmət edirdi.
Sonda ali məktəblərə qəbul zamanı yüksək bal toplayaraq tələbə adını qazanmış gənclər, onların valideynləri və müəllimləri çıxış edərək, yaradılan şəraitə, diqqət və qayğıya görə ölkə başçısına öz təşəkkürlərini bildirdilər.
Görüşün sonunda gənclərə hədiyyələr təqdim edildi, xatirə şəkli çəkildi.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
2
xalq.az

3Mənbələr