AZ

Fatma Səttarova II Fəxri xiyabanda dəfn olunub -  FOTO 

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, İkinci dünya müharibəsi iştirakçısı Fatma Səttarovanın dəfn mərasimi keçirilib.

 Fatma Səttarovanın nəşi II Fəxri xiyabanda dəfn olunub.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fatma Səttarovanın dəfn mərasiminə əklil göndərib. Əklil məzarın üstünə qoyulub.

Dəfn mərasimində mərhumun yaxınları, ictimaiyyət nümayəndələri, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının təmsilçiləri iştirak ediblər.

Qeyd edək ki, 102 yaşlı Fatma Səttarova bu gün vəfat edib.

F.Səttarova 1922-ci ildə Bakıda anadan olub. İkinci Dünya müharibəsinin ilk aylarında tibb bacısı kimi könüllü surətdə cəbhəyə yollanıb. 1941-1942-ci illərdə Moskva uğrunda döyüşlərdə iştirak edib.

F.Səttarova Sovet ordusunun sıralarında Berlinə qədər gedib. 1945-ci ilin fevralında xəstəliyi ilə bağlı tibbi komissiyanın qərarı ilə ordudan tərxis olunub. Yaralılardan ibarət eşelonu müşayiət edərək Bakıya qayıdıb.

O, 2022-ci il yanvarın 24-də Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən "İstiqlal" ordeni ilə təltif edilib. Prezident təqaüdçüsü idi.///APA

Seçilən
114
2
ucnoqta.az

10Mənbələr