AZ

Bakı trası fədakarlığı mükafatlandırır, cəsurları sevir - "McLaren"in pilotu

Bakı. Trend:

Bakı Şəhər Halqası fədakarlığı mükafatlandırır, cəsurlarısevir.

Trend xəbər verir ki, bunu McLaren-ninavstraliyalı pilotu Oskar Piastri “Formula 1 Qatar AirwaysAzərbaycan Qran-Prisi 2024”ün ikinci gününün yekunları üzrə mətbuatkonfransı zamanı deyib.

"Son sürətli dövrəmdə divarın lap yaxınlığından keçdim! Bu trashəqiqətən də fədakarlığı mükafatlandırır, cəsurları sevir, bunagörə də finalda son cəhdimdə bütün gücümlə hücum etdim, çünkiitirəcək bir şeyim yox idi", - deyə o bildirib.

Piastri həmçinin qeyd edib ki, bu trasda başqa bir maşınınarxasında getmək çox çətindir.

"Buna görə də sabah boş bir trasda olmağa çalışmalıyıq. Bizimyaxşı yarış tempimiz var, lakin Ferrari maşını da yavaş deyil", -deyə O.Piastri əlavə edib.

Xatırladaq ki, gənc avstraliyalı pilot bu gün keçirilənAzərbaycan Qran Prisinin sıralama turunda inanılmaz performansnümayiş etdirərək 2-ci nəticə göstərib. O, təkcə Ferrari-nin pilotuŞarl Leklerdən cəmi 0.3 saniyə geri qalıb.

Qeydə edək ki, sabah, yəni sentyabrın 15-i “Formula 1 AzərbaycanQran Prisi”nin final günüdür.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
3
az.trend.az

4Mənbələr