AZ

Cinsi əlaqə zamanı danışılan yalanlar – Mən beləsini yaşamamamışdım...

Seksoloqların sözlərinə görə, cinsi əlaqə zamanı hər iki cins əksər hallarda yalan danışır. Bu yalanların bəziləri o qədər tez-tez deyilir ki, bunu artıq tipik hesab etmək olar.  “Medicina” daha çox kişilərin danışdığı yalanları təqdim edir.  Həyatımdakı ən yaxşı orqazm! Orqazm imitasiyası yataq yalanlarının reytinqində liderdir. Tədqiqatçıların fikrincə, kişi və qadınların 92% - i həyatlarında ən azı bir dəfə bunu simulyasiya ediblər. Qadın nə qədər gənc olsa, ona etibar etməmək üçün bir o qədər çox səbəb var. Partnyorla ilk orqazmın başlama yaşı orta hesabla 27-dir və qadınların 30%-i kişi ilə münasibətdə bunu ümumiyyətlə yaşamır. Seksoloqların fikrincə, qadınlar partnyorunun özünə hörmətini artırmaq üçün orqazmı simulyasiya etməyə gedirlər. Ya da cinsi əlaqəni tez bitirmək üçün cinsi əlaqə zamanı yalan danışırlar. Eyni zamanda, ilkin mərhələlərdə, süni orqazm qadınlar tərəfindən yem kimi istifadə olunur, tərəfdaş onu məmnuniyyətlə qəbul edir. Mən belə möhtəşəm seks yaşamamışdım! Seksoloqların fikrincə, hər 10 hadisədən 8-də partnyorun “Bəyəndinizmi?” sualına belə cavab verilir. Subay qadınlar daha çox müsbət cavab verirlər. Evli xanımlar bir az daha az yalan danışırlar. Niyə qadınlar seks zamanı kişiləri aldatmağa üstünlük verirlər? Belə çıxır ki, müəyyən dərəcədə onlar bunu az qala şüursuz şəkildə edirlər , bu sözlərlə yaratdıqları müsbət emosiyaları kompliment şəklində özlərinə qaytarmaq üçün.Sən mənim həyatımda 2 – ci və ya 3 – cüsən! - Statistik olaraq orta hesabla 40 yaşdan kiçik qadın 6-8 partnyor ilə cinsi əlaqədə olur, amma çoxuna sən ikincimsən deyir. Seksoloqlar deyirlər ki, əksər kişilərin şüurunda bir inanc var: qadının cinsi partnyorları nə qədər az olarsa, ona etibar etmək olar. Qadınlar da uzunmüddətli münasibətdə maraqlı olduqları zaman partnyorlarının sayını azaldırlar.  Səninlə özümü yaxşı hiss edirəm! Kişilərin bir çoxu bu ifadəni demək olar ki, hər bir qadına deyir, onu sevindirmək və onu gələcək münasibətə ruhlandırmaq üçün. Paradoks odur ki, adamın özü də onun sözlərinin heç də yalan olmadığına, həqiqət olduğuna inanır. Sənin səsin xoşuma gəlir! Bir çox cütlüklər əsasən bunu pornoqrafik filmlərdən öyrənirlər. Yəni, “qışqırıq nə qədər yüksək olsa, bir o qədər yaxşıdır”. Ancaq qışqırıqlar çox vaxt kişilərin xoşuna gəlmir. Sadəcə, kişilər qadınlardan heç də az olmayan “qulaqları ilə sevirlər” və qadını ruhdan salmaq istəmirlər. Günay Quluzadə   

Seçilən
25
50
turanpress.com

10Mənbələr