AZ

Təhlükəli məktəb işə başladı - Müəllimlərin sayı şagirdlərdən çoxdur - FOTO

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycanda ilk dərs günüdür.

Bakupost.az xəbər verir ki, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən Laçın qaçqın məktəbində də bu gün yeni tədris ilinə başlanılıb.

İlk dərs günündə müəllimlərin sayının şagirdlərdən çox olması diqqət çəkib.





Qeyd edək ki, Laçın qaçqın məktəbinin direktoru Piyalə Xudaverdiyevanın dediyinə görə, rəhbərlik etdiyi doqquzillik təhsil müəssisəsinin cəmi 60 şagirdi və 20 müəllimi var. Hətta məktəbdə elə siniflər var ki, orda 3 nəfər uşaq var.

Xatırladaq ki, Laçın qaçqın məktəbi ilə bağlı şikayət vermişdik.

Məktəbin yolunun paytaxt sakini Zəminə Zahirovanın həyətindən keçməsi narazılığa səbəb olub. Məsələ ilə bağlı Bakupost.az bir sıra rəsmi orqanlara sorğu ünvanlayıb.

Hələlik heç bir hərəkət olmasa da, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin Bakupost.az -ın sorğusuna cavabından belə aydın oldu ki, Badamdar qəsəbəsində yerləşən və yolu olmadığı üçün neçə vaxtdır sakinlərin narahatlığına səbəb olan qalmaqallı Laçın qaçqın məktəbi bağlana, şagird və müəllimlər isə başqa məktəbə köçürülə bilər.

Direktorun israrla başqa məktəbə köçmək istəməməsinin səbəblərinə gəlincə, sakinlər iddia edir ki, məktəbdə yalnız Piyalə Xudayarovanın yaxın çevrəsi çalışır. Bir çox müəllim və xadimələrin adları məktəbdə getsə də, özləri işə gəlmir.










Elnur
BakuPost

Seçilən
130
4
bakupost.az

10Mənbələr