AZ

Aytən Səfərova yenidən efirdə - VİDEO

Aylardır işindən ayrı qalan aparıcı Aytən Səfərova efirə qayıdıb. 

Bizim.Media “olay.az”a istinadən xəbər verir ki, televiziya ulduzu yenidən aparıcısı olduğu “Xəbər ertəsi” verilişi ilə tamaşaçıların qarşısına çıxıb. 

Aytən vurğulayıb ki, oğlu Nizami bu gün birinci sinfə gedir.  
 

Qeyd edək ki, A.Səfərova aprel ayında səhər saatlarında 8 Noyabr prospektində öz avtomobilində qəzaya düşüb. Aparıcı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.


Digər avtomobildə olan 2005-ci il təvəllüdlü Ayxan Əliyev vəfat edib. Bundan sonra Aytən efirə çıxmayıb. 



Bizim.Media

Seçilən
91
8
bizim.media

9Mənbələr