Türkiyənin Konya şəhərində 2 yaşlı körpə tarlada ölü tapılıb.
Publika.az xəbər verir ki, hadisə Konyanın Kulu rayonunda baş verib. Soğan tarlasında çalışan mövsümi fəhlə ailəsi 2 yaşlı körpələri Yusuf Ç-ni çadırda hərəkətsiz tapıb. Ailə tərəfindən xəstəxanaya çatdırılan körpənin öldüyü müəyyən edilib.
Ölüm hadisəsi ilə bağlı istintaq başlanıb.
Faktla bağlı şübhəli məqamların olduğu bildirilib.