Oyuncaq satışı ilə məşğul olan “Supertoys.az” mağazalar şəbəkəsinin külli miqdarda vergi borcu yaranıb.
News24.az bildirir ki, Qaynarinfo-nun məlumatına görə, şirkətin İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinə 1 milyon 458 min 915 manat 28 qəpik vergi borcu var.
İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən sözügedən şirkətdə vergidən yayınma halları da aşkar edildiyi iddia olunur.
Hazırda dövlət qurumu ilə “Supertoys” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında məhkəmə çəkişməsi davam edir.
Qeyd edək ki, “Supertoys” MMC-nin qanuni təmsilçisi Cəfərov Xəqani Vədud oğlu, şirkətin icraçı direktoru Səidə Fətullazadədir.
Xatırladaq ki, “Supertoys” MMC 2017-ci ildən Azərbaycan oyuncaq bazarında fəaliyyət göstərir. Dünyanın müxtəlif ölkələrindən – Polşa, Çin, Türkiyə, İran, Ukrayna, Rusiya və s.-dən müxtəlif brendlərin məhsulları idxal olunur. Şirkətin hazırda 15 filialı var.