AZ

İstehsalçı öz istehsalat və ya digər təsərrüfat fəaliyyətini elə təşkil etməlidir ki... - Ekspert danışır...

Bazarda hökmran mövqe tutan istehsalçı və ya icraçı- istehlakçı (qaz, su, kanalizasiya enerji, rabitə, telefon və sair digər kommunal xidmətləri üzrə): işlərin icra edilməsi və sair xidmət göstərilməsi üçün qeyri-bərabər şərt təklif etmədən ikitərəfli müqavilə bağlamağa borcludur.İstehsalçı öz istehsalat və ya digər təsərrüfat fəaliyyətini elə təşkil etməlidir ki, əhalinin ehtiyacları lazımi səviyyədə, fasiləsiz təmin edilsin. İstehsalçılar- müqavilələr üzrə işlərin yerinə yetirilməsi, xidmətlərin göstərilməsi və sair ilə əlaqədar istehlakçıya - əhaliyə dəyən ziyanın əvəzini də ödəməyə borcludurBazarda hökmran mövqe tutan istehsalçı və ya icraçı- istehlakçılar Müqavilədə bir vacib məqamı yaddan çıxarırlar. Bağlanmış müqavilədə bu müqavilənin tərəfindən biri kimi onların hüquqları olduğu kimi, vəzifə və öhdəlikləri də vardır. Və bu vəzifələrə və ya öhdəliklərə görə onların da məsuliyyətləri vardır.Praktikada bu müqavilələr adətən istehsalçı tərəfindən - hazırlandığı üçün əksər hallarda da onların məsuliyyəti nəzərdə tutulmur. lakin, hətta müqavilədə yazılmasa belə, bu qurumların, yəni, istehsalçıların belə bir məsuliyyəti vardır.Praktikada müqavilələrlə əlaqədar istehsalçı tərəfin digər tərəfi, yəni əhalini dəymiş ziyan və ya borclarla əlaqədar məhkəməyə verdiyi hallara çox rast gəlinir, lakin əhalinin ziyan və digər səbəbdən məhkəməyə vermə hallarına demək olar ki, rast gəlinmir.Müəllif: Azər QuliyevNeftçilərin Hüquqlarının Müdafiəsi TəşkilatınınEksperti - Dia-az.İnfo

Seçilən
13
1
dia-az.info

2Mənbələr