Çimərlik futbolu üzrə Azərbaycan millisi sentyabrın 25-dən oktyabrın 3-dək Türkiyənin Alanya şəhərində təlim-məşq toplanışı keçəcək.
Futbolinfo.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, millimiz hazırlıq çərçivəsində yoldaşlıq oyunları keçirəcək.
Toplanış oktyabrın 4-dən 15-dək İspaniyanın Kadiz şəhərində təşkil olunacaq dünya çempionatının seçmə mərhələsinə hazırlıq xarakteri daşıyır.
Milliyə dəvət edilən oyunçuların siyahısını diqqətinizə çatdırırıq:
Qapıçılar: Elçin Qasımov, Vaqif Şirinbəyov;
Oyunçular: Amid Nəzərov, Comərd Baxşəliyev, Elşad Manafov, Orxan Məmmədov, İsa Zeynallı, Sabir Allahquliyev, Ramil Əliyev, Kamran Qürbətov, Rüfət Məmmədli, Bayram Bayramlı.
Qeyd edək ki, Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsinin A qrupunda İspaniya, İngiltərə və Gürcüstan yığmaları ilə mübarizə aparacaq.