AZ

Premyer Liqa klubları cərimələndi

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. 

Apasport.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb. 

İntizam Komitəsinin iclasında aşağıdakı qərarlar qəbul edilib:

13 sentyabr 2024-cü il tarixində Misli Premyer Liqasının VI turunun “Araz-Naxçıvan” – “Kəpəz” oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə “Araz-Naxçıvan” klubu 800 manat cərimə edilir (maddə 51.2);

14 sentyabr 2024-cü il tarixində Misli Premyer Liqasının VI turunun “Şamaxı” – “Sumqayıt” oyununda “Şamaxı” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Şamaxı” klubu 700 manat cərimə edilir (maddə 37);

14 sentyabr 2024-cü il tarixində Misli Premyer Liqasının VI turunun “Şamaxı” – “Sumqayıt” oyununda “Sumqayıt” klubunun futbolçuları isinmə hərəkətləri zamanı Əsasnamə qaydalarının tələblərini pozduğuna görə 500 manat cərimə edilir (maddə 53.7);

11 sentyabr 2024-cü il tarixində I Liqanın I turunun “Karvan” – “Qaradağ Lökbatan” oyununda “Karvan” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Karvan” klubu 70 manat cərimə edilir (maddə 37);

11 sentyabr 2024-cü il tarixində I Liqanın I turunun “Karvan” – “Qaradağ Lökbatan” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Karvan” klubu 80 manat cərimə edilir (maddə 51.2);

12 sentyabr 2024-cü il tarixində I Liqanın I turunun “Difai” – “Cəbrayıl” oyununda “Difai” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Difai” klubu 70 manat cərimə edilir (maddə 37);

12 sentyabr 2024-cü il tarixində I Liqanın I turunun “Difai” – “Cəbrayıl” oyununun 90+4-cü dəqiqəsində “Cəbrayıl” komandasının 99 nömrəli futbolçusu Okan Təhməzli ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, “Cəbrayıl” klubu 50 manat cərimə edilir (maddə 36.5);

12 sentyabr 2024-cü il tarixində I Liqanın I turunun “İmişli” – “Baku Sportinq” oyununda “Baku Sportinq” komandasının 5 futbolçusu sarı vərəqə aldığına görə “Baku Sportinq” klubu 70 manat cərimə edilir (maddə 37);

12 sentyabr 2024-cü il tarixində I Liqanın I turunun “İmişli” – “Baku Sportinq” oyununun 83-cü dəqiqəsində “Baku Sportinq” komandasının 12 nömrəli futbolçusu Hüseyn Mürsəlov ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, “Baku Sportinq” klubu 50 manat cərimə edilir (maddə 36.5);

13 sentyabr 2024-cü il tarixində I Liqanın I turunun MOİK – “Mingəçevir” oyununda “Mingəçevir” komandasının 6 futbolçusu sarı vərəqə aldığına görə “Mingəçevir” klubu 70 manat cərimə edilir (maddə 37);

13 sentyabr 2024-cü il tarixində I Liqanın I turunun MOİK – “Mingəçevir” oyunu “Mingəçevir” komandasının formalarında problem olduğundan gec başladığına görə “Mingəçevir” komandası 80 manat cərimə edilir (maddə 75.6);

13 sentyabr 2024-cü il tarixində I Liqanın I turunun MOİK – “Mingəçevir” oyununun 30-cu dəqiqəsində topdaşıyanlar meydançaya daxil olduğuna görə MOİK klubu 50 manat cərimə edilir (maddə 74.2);

13 sentyabr 2024-cü il tarixində I Liqanın I turunun MOİK – “Mingəçevir” matçında oyun günü planının tələbləri pozulduğuna görə MOİK klubu 100 manat cərimə edilir (maddə 77.1);

13 sentyabr 2024-cü il tarixində I Liqanın I turunun MOİK – “Mingəçevir” matçında Əsasnamənin tələbləri pozulduğuna görə MOİK klubu 50 manat cərimə edilir (maddə 70.1);

13 sentyabr 2024-cü il tarixində I Liqanın I turunun MOİK – “Mingəçevir” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə MOİK klubu 80 manat cərimə edilir (maddə 51.2).

16 sentyabr 2024-cü il tarixində Əvəzedicilər liqasının VI turunun “Zirə-2” – “Neftçi-2” oyununun 1-ci dəqiqəsində “Zirə-2” komandasının 77 nömrəli futbolçusu Fərid Kələntərov ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanır, “Zirə-2” komandası 150 manat cərimə edilir (maddə 39.1);

16 sentyabr 2024-cü il tarixində Əvəzedicilər liqasının VI turunun “Zirə-2” – “Neftçi-2” oyununun 78-ci dəqiqəsində “Zirə-2” komandasının 93 nömrəli futbolçusu Yelmar Aşurov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, “Zirə-2” komandası 50 manat cərimə edilir (maddə 36.5);

15 sentyabr 2024-cü il tarixində AFFA Gənclər Liqasında keçirilən “Universal Football Academy” – “Dinamo” (Bakı) FK oyununda “Universal Football Academy” FK komandasının heyətində 4 nömrəli futbolçu Sədrəddin Hüseynov qarşılaşmanın 71-ci dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə cəzalandırılmasına görə 1 oyun cəzalandırılsın. (maddə 41)

14 sentyabr 2024-cü il tarixində AFFA U-17 Liqasında keçirilən “Masallı” PFK – “Dinamo” (Bakı) FK oyununda “Dinamo” (Bakı) FK komandasının heyətində 3 nömrəli futbolçu Ramin Ağayev qarşılaşmanın 90+2-ci dəqiqəsində qeyri idman hərəkətinə görə ikinci sarı vərəqə ilə cəzalandırılmasına görə 1 oyun cəzalandırılsın. (maddə 36.5)

12 sentyabr 2024-cü il tarixində AFFA U-16 Liqasında keçirilən “Zirə” PFK – “Mübariz” FA oyununda “Zirə” PFK komandasının heyətində 9 nömrəli futbolçu Heydərəli Cavadlı qarşılaşmanın 88-ci dəqiqəsində hakimin qərarına etiraz etdiyinə görə ikinci sarı vərəqə ilə cəzalandırılmasına görə 1 oyun cəzalandırılsın. (maddə 42.2)

12 sentyabr 2024-cü il tarixində AFFA U-16 Liqasında keçirilən “Zirə” PFK – “Mübariz” FA oyununda “Zirə” PFK komandasının heyətində 9 nömrəli futbolçusu Heydərəli Cavadlının atası qarşılaşma bitdikdən sonra meydana daxil olaraq baş hakimi təhqir etdiyinə görə “Zirə” PFK komandasına xəbərdarlıq edilir (maddə 11).

14 sentyabr 2024-cü il tarixində AFFA U-16 Liqasında keçirilən “Dinamo” (Bakı) FK –“Sumqayıt” FK oyununda “Sumqayıt” FK komandasının heyətində 7 nömrəli futbolçu Tunar Nəbizadə qarşılaşmanın 69-cu dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə cəzalandırılmasına görə 1 oyun cəzalandırılsın. (maddə 41)

14 sentyabr 2024-cü il tarixində AFFA U-16 Liqasında keçirilən “Qarabağ” FK – “ASTA” FK oyununda “ASTA” FK komandasının rəsmi Rüstəm Əliyev qarşılaşma bitdikdən sonra hakimlər briqadasını təhqir etdiyinə görə qırmızı vərəqə ilə cəzalandırılmasına görə 5 oyun cəzalandırılsın. (maddə 43.4)

15 sentyabr 2024-cü il tarixində AFFA U-16 Liqasında keçirilən “Kəpəz” PFK – “Lion” PFK oyununda “Lion” PFK komandasının heyətində 1 nömrəli futbolçu Amin Quliyev qarşılaşmanın 83-cü dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə cəzalandırılmasına görə 1 oyun cəzalandırılsın. (maddə 41)

15 avqust 2024-cü il tarixində AFFA U-15 Liqasında keçirilən “Turan Tovuz” FK – “Metak” FK oyununda “Turan Tovuz” FK komandasının heyətində 23 nömrəli və 13 nömrəli futbolçular Nəsimi Alıyev və Məcid Abbasov qarşılaşmanın 78-ci dəqiqəsində rəqibi təhqir etdiklərinə görə qırmızı vərəqə ilə cəzalandırılmasına görə 3 oyun cəzalandırılsın. (maddə 43.1)

15 avqust 2024-cü il tarixində AFFA U-15 Liqasında keçirilən “Turan Tovuz” FK – “Metak” FK oyununda “Metak” FK komandasının heyətində 5 nömrəli futbolçusu Sadiq Pirmuradovun qarşılaşmanın 56-cı dəqiqəsində qeyri idman hərəkətinə görə  ikinci sarı vərəqə ilə cəzalandırılmasına görə 1 oyun cəzalandırılsın. (maddə 36.5)

15 avqust 2024-cü il tarixində AFFA U-15 Liqasında keçirilən “Turan Tovuz” FK – “Metak” FK oyununda “Metak” FK komandasının baş məşqçi Mehman Səfərov qarşılaşmanın 67-ci dəqiqəsində hakimin qərarına etiraz etdiyinə görə ikinci sarı vərəqə ilə texniki zonadan kənarlaşdırılmasına görə 1 oyun cəzalandırılsın. (maddə 42.4)

15 avqust 2024-cü il tarixində AFFA U-15 Liqasında keçirilən “Turan Tovuz” FK – “Metak” FK oyununda “Metak” FK komandasının heyətində 11 nömrəli və 1 nömrəli futbolçular Elnur Süleymanov və İmam Misrixanov qarşılaşmanın 78-ci dəqiqəsində rəqibi təhqir etdiklərinə görə qırmızı vərəqə ilə cəzalandırılmasına görə 3 oyun cəzalandırılsın. (maddə 43.1)

De Bleker açıqladı: "Turan"ın qolu təmiz idi?

Aleks Souzanın durumuna nə vaxt aydınlıq gələcək? - ÖZƏL

"Neftçi"nin problemi ancaq futbol oynamaqla bağlıdır"

Millimizin dünya çempionatının seçmə mərhələsindəki rəqibləri açıqlandı

UEFA-nın B kateqoriyalı məşqçi kursunun III mərhələsi keçirilib

Seçilən
102
5
apasport.az

10Mənbələr