“MİDA” MMC 2023-cü ili 1 milyon 756 min manat xalis mənfəətlə başa vurub. 2022-ci ildə MMC-nin mənfəəti 2 milyon 211 min manat olub ki, bu da illik müqayisədə 21% azalıb.
Banker.az bu barədə şirkətin maliyyə hesabatına istinadən xəbər verir.
Ötən il “MİDA” müştərilərlə müqavilələr üzrə gəlirlər 122 milyon 15 min manat (əvvəlki ilə nisbətən 37% çox), satışların maya dəyəri isə 102 milyon 88 min manat (45% çox) təşkil edib.