AZ

Astarada ağır QƏZA: Xəsarət alan var – FOTO/VİDEO

Astarada ağır qəza baş verib. 

Bizim.Media xəbər verir ki, hadisə rayonun Ərçivan qəsəbəsinin ərazisində qeydə alınıb. 

Hərəkətdə olan "VAZ-2106" markalı minik avtomobili  "Kamaz" markalı yük maşınına çırpılıb.

Qəza nəticəsində "VAZ-2106"da olan Astara rayon Səncərədi kənd sakini 2002-ci il təvəllüdlü Dinar Yaşar oğlu Hacızadə ağır bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub. Yaralıya ilkin tibbi yardım göstərilib. Hazırda xəstənin vəziyyəti ağır olaraq qalır. Faktla bağlı araşdırma aparılır.


 




Sabutay, Bizim.Media, Cənub bürosu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
5
bizim.media

10Mənbələr