AZ

Qonşu ölkələrlə quru yolları nə vaxt açılır? - Nazirlər Kabinetindən açıqlama

Nazirlər Kabinetinin qərarı ilə Azərbaycanda xüsusi karantin rejimi oktyabrın 1-nə qədər uzadılıb.

Yeni qərar olmasa, oktyabrın 1-dən etibarən ölkədə xüsusi karantin rejimi ləğv ediləcək və Azərbaycanın bütün quru sərhədləri açılacaq.

İctimaiyyət arasında yayılan məlumatlara görə, Azərbaycanda keçirilməsi nəzərdə tutulan COP29 tədbiri ilə əlaqədar quru sərhədlərin açılması gözlənilir.

Mia.az-ın məlumatına əsasən, məsələ ilə bağlı TNS-ın sorğusunu cavablandıran Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov məlumatı nə təsdiq, nə də təkzib edib. Qurum rəsmisi bildirib ki, sərhədlərin açılıb-açılmaması ilə bağlı dəqiq məlumatı yoxdur: "Bu barədə məlumatım yoxdur. Bir məlumat olarsa, ictimaiyyətə bildiriləcək".

Seçilən
25
3
mia.az

4Mənbələr