AZ

Gaziantep hava limanında sərnişindaşıma 1 milyon nəfəri keçib (ÖZƏL)

Bakı, TurkicWorld

2024-cü ilin avqust ayında Türkiyənin Antalya Hava Limanına gələn sərnişinlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 16 faiz arataraq, 1 milyon 960 min 770 nəfər olub.

Bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, 2024-cü ilin avqust ayında hava limanının daxili reyslər üzrə sərnişin dövriyyəsi 2023-cü ilin analoji dövrü ilə müqayisədə 17 faiz artaraq, 1 milyon 721 min 291 nəfər, beynəlxalq reyslər üzrə isə 3 faiz artaraq 239 min 479 nəfər təşkil edib.

2024-cü ilin avqust ayında hava limanının yük daşınması 2023-cü ilin eyni dövrü ilə müqayisədə 11 faiz artaraq 19 min 559 ton təşkil edib. Bununla yanaşı, 2024-cü ilin avqust ayında hava limanının daxili reyslər üzrə yük daşınması 2023-cü ilin eyni dövrü ilə müqayisədə 15 faiz artaraq, 14 min 740 ton, beynəlxalq reyslər üzrə yük daşınması isə eyni dövrlə müqayisədə artmayaraq, 4 min 819 ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2024-cü ilin avqust ayında həyata keçirilən uçuşların sayı 2023-cü ilin avqust ayı ilə müqayisədə 8 faiz artaraq, 16 min 448 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 13 faiz artaraq, 14 min 863, beynəlxalq reyslər üzrə isə 22 faiz azalaraq 1 min 585 olub.

Bu ilin avqust ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 154 milyon 764 min 587 nəfər, yük daşınması isə 3 milyon 233 min 453 ton təşkil edib.

Xatırladaq ki, 2023-cü ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 117 milyon 929 min 163 nəfər, yük daşınması isə 2 milyon 417 min 502 ton təşkil edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
19
turkic.world

10Mənbələr