AZ

Yaponiyada nəsli kəsilməkdə olan təkbuynuzlu hind kərgədanı doğuldu

Yaponiyanın Tama zooparkında 50 ildən sonra nəsli kəsilmək təhlükəsi ilə üzləşən təkbuynuzlu hind kərgədanı doğulub.

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, kərgədanın sağlam doğulduğu və bunun zooparkda son 50 ildə bir ilk olduğu bildirilib.

Paylaşılan görüntülərdə körpənin doğulduqdan 20 dəqiqə sonra yeridiyi və anası tərəfindən əmizdirilməsi əks olunub. 

Zooparkdan həmçinin bildirilib ki, ana və bala səhhətinə görə bir müddət ziyarətçilərə göstərilməyəcək və xüsusi nəzarətdə saxlanılacaq.

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
16
18
bizim.media

10Mənbələr