AZ

Həbs edilən İlqar Mustafayev KİMDİR...

Xəbər verdiyimiz kimi, Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin sabiq sədri İlqar Mustafayev həbs edilib. Belə ki, Dənizkənarı Bulvar İdarəsi Publik Hüquqi şəxsin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə Azərbaycan Respublikası Hesablama Palatasından daxil olmuş material əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

İbtidai istintaqla həmin İdarənin İdarə Heyətinin sabiq sədri Mustafayev İlqar Əziz oğlunun 2021-2023-cü illər ərzində İdarənin fəaliyyəti istiqamətləri üzrə ayrılmış xüsusilə külli miqdarda pul vəsaitini mənimsəmə və israf etmə yolu ilə talamasına, vəzifə səlahiyyətlərindən sui-sitifadə etməsinə və vəzifə saxtakarlığı törətməsinə əsaslı şübhələr müəyyən edilib. Onun haqqında həbs qətimkan tədbiri seçilib.

Modern.az-ın məlumatına görə, İlqar Mustafayev 2015-ci il mayın 15-də Prezident İlham Əliyevin sərəncamı ilə Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin rəisi təyin edilib. O, 2016-cı ildə yenidən formalaşdırılan Dənizkənarı Bulvar İdarəsinin rəisi vəzifəsinə gətirilib.

İlqar Mustafayev daha əvvəl Heydər Əliyev Fondunun əməkdaşı olub. O, 10 may 2014-cü ildə “Tərəqqi” medalı ilə təltif edilib.

Sabiq sədr bu ilin yanvar ayında vəzifəsindən azad olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
1
turkustan.az

10Mənbələr