Ermənistan Baş naziri Nikol Paşinyan Gürcüstana səfər edib. Bu səfər indiki məqamda diqqət çəkir.Paşinyan Tbilisidə Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşüb. Görüş zamanı tərəflər arasında birdən çox məsələ müzakirə edilsə də, bizim üçün maraqlı olan üç məsələ var:Ermənistan-Azərbaycan arasında sülh danışıqları;Delimitasiya, demarkasiya prosesi;Zəngəzur dəhlizi ətrafında gedən siyasi proseslər.İ.Kobaxidze erməni həmkarı Nikol Paşinyanla görüşdən sonra keçirdiyi brifinqdə söyləyib ki, Gürcüstan Cənubi Qafqazda sabitliyi, sülh şəraitində birgəyaşayışı dəstəkləyir və regiondakı çağırışların həlli prosesində birgə səylərin artırılmasının vacibliyini qeyd edir.Onun sözlərinə görə, Gürcüstan Ermənistan və Azərbaycan arasında sülh sazişi prosesini, xüsusilə Ermənistan hakimiyyətinin qonşu dövlətlərlə münasibətləri normallaşdırmaq səylərini alqışlayır.“Biz regionda sülhün və sabitliyin təmin olunmasında öz rolumuzu bacardıqca oynamağa hazırıq”, – İ.Kobaxidze vurğulayıb.Aydın məsələdir, Gürcüstan iki ölkə arasında sülh müqaviləsinin imzalanmasını, müharibə vəziyyətinin sonlanmasını istəyir. Bununla belə, rəsmi Tbilisini narahat edən məqamlar da var. Söhbət Zəngəzur dəhlizinin açılmasından gedir.Tbilisi dəhlizin açılmasına ehtiyatla yanaşır. Belə ki, dəhlizin açılması fonunda özünün kənarda qalacağını düşünən Gürcüstan narahatlığını vaxtaşırı üstüörtülü də olsa dilə gətirir. Mümkündür ki, bunu Ermənistan tərəfi də bilir.Ehtimal ki, Paşinyan Gürcüstana səfəri zamanı dəhlizlə bağlı məsələni də gürcü həmkarı ilə müzakirə edib. Hətta İrəvan dəhlizin yol prinsipi ilə açılmasında Tbilisidən dəstək istəyə bilər. Paşinyan Gürcüstanın Bakıya təsir etmək imkanlarının olduğunu düşünür.Tbilisinin Zəngəzur dəhlizi məsələsində müəyyən narahatlıqları olsa da, hesab edirəm, Ermənistanın bu istiqamətdəki cəhdləri nəticəsiz qalacaq. Çünki Bakı-Tbilisi əlaqələri yüksək səviyyədədir. Bundan başqa, Tbilisinin Bakıya təsir imkanlarından çox, Azərbaycanın Gürcüstana təsir imkanları var. Bu baxımdan Gürcüstan belə riskə getməz.Müəllif: Politoloq Turan Rzayev
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta