AZ

“Meta” korporasiyası Rusiya media subyektlərinin hesablarını bloklayıb

“Meta” korporasiyası öz platformalarında RT telekanalının, “Rossiya Seqodnya” media qrupunun və əlaqəli təşkilatların hesablarını bloklayıb.

Korporasiya Instagram, Facebook və Threads sosial şəbəkələrinin, həmçinin WhatsApp messencerinin sahibidir. “NBC News” qeyd edir ki, ABŞ rəsmilərinin fikrincə, RT Afrika platforması Afrika axınının, eləcə də Berlində yerləşən ingilisdilli “Red” veb-saytının arxasındadır. Facebook-da RT, Sputnik və RİA Novosti-nin səhifələri artıq açılmır.

Xatırladaq ki, sentyabrın əvvəlində ABŞ “Russia Today”ə və media qrupunun rəhbəri Dmitri Kiselyova, həmçinin RT telekanalına və kanalın baş redaktoru Marqarita Simonyana qarşı sanksiyalar tətbiq edib. ABŞ Xəzinədarlığı iddia edir ki, bu media Amerika seçkilərinə müdaxilə etmək üçün informasiya kampaniyasına cəlb olunub. ABŞ dövlət katibi Entoni Blinken ABŞ, Böyük Britaniya və Kanadanın RT-yə qarşı birgə diplomatik kampaniyaya başladığını bildirib.

//Samir Qurbanov, Editor.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26
editor.az

1Mənbələr