Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu ilin 8 ayında əlilliyi olan 80 min şəxsə reabilitasiya xidmətləri göstərilib.
Bu barədə APA-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Bildirilib ki, onlardan 41,4 mini ambulator, 19,9 mini stasionar və icma əsaslı, digərləri səyyar və onlayn formada, sosial-psixoloji, habelə ippoterapiya istiqaməti üzrə reabilitasiya xidmətləri ilə təmin edilib.
Agentliyin reabilitasiya müəssisələrində ənənəvi üsullarla bərabər, qabaqcıl dünya təcrübəsinə uyğun reabilitasiya metodları - robotik və sosial-psixoloji reabilitasiya, yoqa, ippoterapiya, “Dance ability” (rəqs terapiyası) və s. də tətbiq edilir.
Stasionar və ambulator xidmətlərlə yanaşı, icma əsaslı, telereabilitasiya, səyyar formalarda da reabilitasiya xidmətləri göstərilir.