Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri arasında kütləvi dava düşüb. 1news.az Baku.TV-yə istinadən xəbər verir ki, hadisə ötən axşam Xətai rayonu Məhsəti küçəsi 5 a ünvanında qeydə alınıb. Belə ki, hadisə nəticəsində 19 yaşlı Elmir Nəsirov bədəninin 5 nahiyəsindən xəncər zərbəsi alıb. Yaralı ağır vəziyyətdə Respublika Neyrocərrahiyyə Xəstəxanasına yerləşdirilib. DİN-in Mətbuat xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov bildirib ki, paytaxtın Xətai rayonunda bir nəfərin kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi barədə polisə daxil olmuş məlumat üzrə araşdırma başlanılıb. Əməli törədən şəxsin və ya şəxslərin müəyyən olunması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.