AZ

Müəyyən fənlər üzrə qeydiyyat başlayıb

Son yeniləmə: 18 Sentyabr 2024 10:01 BAYRAQDAR MEDİA – Gürcüstanda fəaliyyət göstərən Qafqaz Hüquq və İnteqrasiya Mərkəzində yeni tədris ili üçün Azərbaycan, gürcü və ingilis dilləri üzrə qeydiyyat başlayıb.Bu barədə BAYRAQDAR MEDİA-ya Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.Bildirilib ki, “dərslər əyani şəkildə həftədə 2 dəfə olmaqla 2 saat tədris ediləcək. Təhsil xidmətləri tam ödənişsizdir və 12 yaşdan yuxarı hər kəs kurslardan təmənnasız faydalana bilər. Qeyd edək ki, QAİM-də bölgədə yaşayan sakinlər üçün təmənnasız hüquq xidmətləri də göstərilir. Bu link vasitəsilə qeydiyyatdan keçmək mümkündür”.Qeydiyyat 13-23 sentyabr tarixində davam edəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
bayraqdar.info

1Mənbələr