AZ

Loxmagözyan: Fransa özünü Ermənistanın hamisi kimi aparır

Fransa özünü Ermənistanın “baxıcısı” kimi təqdim edir və Fransa tərəfinin bütün bəyanatları bu kontekstdə nəzərə alınmalıdır.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli türkoloq Tiran Loxmagözyan bildirib.

Erməni ekspert Fransa XİN rəhbərinin Ermənistanda səsləndirdiyi bəyanatlara da münasibət bildirib: “Məsələnin emosional tərəfindən asılı olmayaraq, bunlar sadəcə siyasi bəyanatlardır. Və unutmaq olmaz ki, ingilislər demişkən, siyasət fahişəlikdir, hər kəsin yalnız öz maraqlarını rəhbər tutduğu biznesdir. Buna görə də, hər bir ifadə son nəticədə əmələ çevrilmir”.

Erməni ekspertin fikrincə, hazırda Fransa ilə Ermənistanın yaxınlaşması kifayət qədər məntiqlidir:

“Dünya böyük güclər arasında bölünüb. Məsələn, biz Fransanın “təsir zonası” sayılırıq. Bu, hətta Birinci Dünya Müharibəsi zamanı belə olub. Ona görə də Fransa indi Ermənistanla münasibətlərini artırır, amma yenə də Türkiyə və Azərbaycanda olduğu səviyyədə deyil. Bu vəziyyətin səbəbi yalnız bu rayonlaşdırmadadır və fransızların bizim qəhvəyi gözlərimizə aşiq olmayıb”.

Musavat.com

Seçilən
14
musavat.com

1Mənbələr