Rusiyada saxlanılan azərbaycanlı keçmiş vəkil Elman Paşayev Moskva Hərbi Qarnizon Məhkəməsinə gətirilib. Bu barədə Ria Novosti məlumat verib.
Onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə baxılacaq.
İstintaq məlumatına görə, o, müəyyən məbləğ qarşılığında rusiyalı bloqer Yelena Blinovskaya və həyat yoldaşı Alekseyi cinayət məsuliyyətindən azad etməyi vəd edib. Sözügedən məsələ barədə razılaşma cari ilin fevralında keçmiş vəkillə Aleksey Blinovskinin şəxsi görüşü zamanı əldə edilib və Paşayev Blinovkidən 46 milyon rubldan çox vəsait alıb.
Keçmiş vəkili həmin maddə üzrə 1 milyon rubl həcmində cərimə ilə yanaşı, 10 ilə qədər həbs cəzası gözləyə bilər.
www.anews.az