AZ

Ətraf mühitə zərər verən subsidiyalar üzrə qlobal xərclər 2,6 trilyon dollara çatıb

Ətraf mühitə zərər verən subsidiyalar üzrə qlobal xərclər 2,6 trilyon dollara çatıb

Aparılan yeni təhlilə görə, dünyada qlobal istiləşməyə töhfə verən və ətraf mühiti məhv edən subsidiyalara ildə ən azı 2,6 trilyon dollar xərclənir.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, bu barədə “Earth Track” təşkilatının “The Guardian” nəşrində dərc etdirdiyi araşdırmada bildirilir.

Hökumətlər 2015-ci il Paris İqlim Sazişinin və 2022-ci il üçün Kunminq-Monreal Qlobal Bioloji Müxtəliflik Çərçivəsinin məqsədlərinə birbaşa zidd olan milyardlarla dollar vergi güzəştləri, subsidiyalar və digər xərcləri ödəməyə davam edir. Eyni zamanda, ölkələr meşələrin qırılmasına, suyun çirklənməsinə və qazıntı yanacağı istehlakına birbaşa dəstək verirlər.

Nümunələrə həddindən artıq balıq ovuna səbəb olan böyük balıqçı gəmilərinə dövlət dəstəyi, eləcə də sintetik gübrələrin və monokultura istehsalının subsidiyalaşdırılması ilə bağlı hökumət siyasəti də daxildir.

Hesabatda 2022-ci ildən bəri ətraf mühitə zərərli subsidiyaların illik həcminin 800 milyard dollardan çox artdığı müəyyən edilib. Artım, qazıntı yanacağına ayrılan subsidiyalarının kəskin artmasına səbəb olan Rusiya-Ukrayna münaqişəsinin nəticələri ilə bağlı olub.

Paris Sazişi üzrə danışıqlarda BMT-nin İqlim dəyişikliyi komitəsinə sədrlik edən Kristiana Fiqeres ekoloji cəhətdən zərərli subsidiyaların ekzistensial problem olduğunu və hökumətlərin ekoloji siyasətlərdə ahəngdarlığı təcili təmin etməsinin zəruriliyini bildirib.

Hesabatın müəllifləri olan subsidiyalar üzrə aparıcı ekspertlər bildiriblər ki, qlobal ÜDM-in təxminən 2,5 faizinə bərabər olan 2,6 trilyon dolların böyük hissəsi insanlara və təbiətə fayda verən siyasətlərə yönləndirilə bilər.

Mənbə: AZƏRTAC

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
1
ilk.az

2Mənbələr