Almaniyanın Köln şəhərində geyim mağazası qarşısında bombanın partlaması nəticəsində bir nəfər yüngül xəsarət alıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Almaniyanın Köln şəhərində sentyabrın 16-da baş verən partlayışdan bir neçə gün sonra ikinci partlayış baş verib.
Səhər saatlarında Ehren küçəsindəki geyim mağazasının qarşısına qoyulan bomba partlayıb. Partlayış nəticəsində 1 nəfər yüngül yaralanarkən, binanın girişində dağıntılar baş verib.
Partlayışdan sonra başlayan yanğını yanğınsöndürənlər qısa müddətdə söndürüb. Hadisənin baş verdiyi ərazi piyadaların və avtomobillərin hərəkəti üçün bağlanıb.