AZ

OPPO Find X8 smartfonları iPhone 16 kimi maqnit şarj texnologiyasını əldə edəcəklər

     Digital Chat Station ləqəbli məşhur insayder hələ təqdim olunmamış OPPO Find X8 smartfonları barəsində təfərrüatları təqdim etməkdə davam edir. İnsayderin vermiş olduğu məlumata əsasən OPPO Find X8 smartfonları iPhone 16 modelləri kimi maqnit şarj texnologiyasının dəstəyinə sahib olacaqlar. İnsayder həmçinin bildirib ki, OPPO artıq bu yeni smartfonlar üçün xarici maqnit şarj batareyasını hazırlayır. Təəssüflər olsun ki, xarici maqnit şarj batareyasının hansı gücdə və hansı həcmdə olacağı məlum deyil. Qeyd etmək lazımdır ki, gözləntilərə əsasən OPPO Find X8 smartfon seriyasına 3 model daxil olacaq. OPPO Find X8, Find X8 Pro və Find X8 Ultra. Bu smartfonlar MediaTek və Qualcomm prosessorlarını əldə etməlidirlər. Smartfonların bu ilin sonuna kimi təqdim olunacaqları gözlənilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
technote.az

1Mənbələr