AZ

Avropa sellənir

Avropa ölkələri Rumıniya, Avstriya, Polşa, Çexiya, Macarıstan və Slovakiyada güclü yağışların yaratdığı daşqınlar İtaliyada da təsirli olub.

Leysan və fırtınalar bütün qitədə böyük ziyana səbəb olub. Güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində Rumıniyada 7, Avstriyada 5, Polşada 5, Çexiyada 3 nəfər həlak olub. İtaliyada seldə 1 nəfərin ölməsi ilə daşqın nəticəsində ölənlərin sayı 21-ə yüksəlib.

İtaliyanın bəzi bölgələrində “sarı xəbərdarlıq” edilərkən, katoliklərin ruhani lideri və Vatikanın rəhbəri Papa Fransisk də ümumi qəbul sessiyasındakı çıxışında Mərkəzi Avropaya təsir edən güclü yağış və tufanlara toxunub.

Həyatını itirənlər və zərərçəkənlər üçün dua etdiyini bildirən Papa seldən zərər çəkənlərlə həmrəy olduğunu bildirib.

İtaliyanın Adriatik dənizindəki çimərlikləri ilə məşhur olan Rimini şəhərində fırtınalı hava şəraiti ilə əlaqədar dənizdə yaranan güclü dalğaları səbəbindən bəzi çimərlikləri və üzgüçülük obyektlərini su basıb. Dalğaların şezlong və çətirləri dənizə apardığı bildirilib.

Şiddətli yağışların yolu üzərində olan Xorvatiya da “yüksək hazırlıq” vəziyyətinə keçib. Slovakiya və Macarıstan Dunay çayının daşması ehtimalına qarşı tədbir görərkən, Rumıniyada daşqından zərər çəkmiş bölgələrdə "fövqəladə vəziyyət" elan edilib.

Ötən həftə Avropa qitəsinə təsir edən güclü yağışların vurduğu maliyyə zərərinin milyard avronu keçəcəyi gözlənilir. Avropa ölkələrində daşqınlarla mübarizədə əsgərlər və helikopterlər axtarış-xilasetmə işlərini davam etdirir.

Mediada yer alan fotolarda insanların qayıqların köməyi ilə evakuasiya edildiyi, bir çox şəhərin su altında qaldığı görülüb.

Seçilən
55
vaxt.az

1Mənbələr