AZ

“Trendyol”dan gələn xəbərdarlıq mesajı çaşqınlıq yaratdı -FOTO

“Azərbaycanda təşkil olunan tədbir səbəbi ilə sifarişlərinizin uçuş və gömrük prosesinin müddəti uzana bilər. Gözləməyinizi xahiş edirik”.

Editor.az  oxu.az-a istinadən xəbər verir ki, belə bir xəbərdarlıq mesajı “Trendyol” istifadəçilərinə gəlib.

Məsələni aydınlaşdırmaq üçün “Trendyol”un Bakıdakı nümayəndəliyinə sorğu ünvanladıq.

Nümayəndəlikdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirildi ki, bu xəbərdarlıq ölkəmizdə keçirilən “Formula-1” yarışı ilə bağlı olub.

“Artıq sistemə yenilənmə verilib və xəbərdarlıq aradan qaldırılıb”, – deyə açıqlamada qeyd olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
15
editor.az

10Mənbələr