AZ

Çempionlar Liqası: "Mançester Siti" və "İnter" turnirə qolsuz başladılar

UEFA Çempionlar Liqasının Liqa mərhələsində daha altı görüş keçirilib.

hakimiyyet.az xəbər verir ki, günün ən gözlənilən oyunu İngiltərədə baş tutub. Burada "Mançester Siti" "İnter"i qəbul edib. Oyunda tərəflərdən heç biri fərqlənə bilməyiblər - 0:0.

"Boloniya" ilə "Şaxtyor Donetsk"in qarşılaşmasında da hesab açılmayıb. PSJ isə "Jirona"nı son dəqiqə qolu ilə məğlub edib - 1:0.

Digər görüşlərdə "Sparta Praqa" "Zalsburq"un qapısından üç cavabsız top keçirib - 3:0.

"Seltik" "Slovan Bratislava" ilə metçda meydandan 5:1 hesablı qələbə ilə ayrılıb.

"Brügge" isə doğma meydanda "Borussiya Dortmund"a uduzub - 0:3.

Seçilən
101
1
hakimiyyet.az

10Mənbələr