AZ

Bakıda ‘‘Beynəlxalq Kibertəhlükəsizlik Günləri’’ konfransı keçirilir

Bakıda növbəti - dördüncü ''Beynəlxalq Kibertəhlükəsizlik Günləri'' (ICSD-2024) konfransı keçirilir.

Olaylar xəbər verir ki, Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və "PROSOL" şirkətinin birgə təşkilatçılığı ilə ''Yaşıl iqtisadiyyat naminə kibertəhlükəsizlik'' mövzusuna həsr olunan konfransda kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən yerli və xarici mütəxəssislərin, həmçinin dövlət qurumları, özəl müəssisəsə və təşkilatlarda bu sahəyə cavabdeh olan şəxslər iştirak edirlər.

Tədbir çərçivəsində Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov və "PROSOL" şirkətinin İdarə heyətinin sədri Babək Ağayev tərəfindən press-konfransın keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, tədbir iki gün davam edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
4
10
olaylar.az

10Mənbələr