“Hürriyet”: Ərdoğan “Türkiyə podratçılıq sektorunda ikincidir” dedi
Prezident Rəcəb Tayyib Ərdoğan podratçılığın Türkiyənin ən güclü sektorlarından biri olduğunu söyləyib: “Müteahhit (podratçı) şirkət sayında Çindən sonra 2-ci yerdəyik”.
“Yeni Şafak”: Ərdoğan “Türkiyə məhsullarının girmədiyi ölkə qalmadı”
Prezident R.T.Ərdoğan ixracatdakı uğurlara diqqət çəkərək bildirib: “Türkiyə məhsullarının girmədiyi ölkə qalmayıb. İxracatı 36 milyard dollardan 256 milyard dollara yüksəltdik".
“Haber Türk”: Türkiyə ilə İsveç arasında Təhlükəsizlik Mexanizmi Görüşü təxirə salındı
Türkiyə ilə İsveç arasında sentyabrın 18-də Ankarada keçirilməsi planlaşdırılan Təhlükəsizlik Mexanizmi Toplantısı İsveç nazirlərini aparan təyyarənin xarab olmasından sonra təxirə salınıb. İsveç Xarici İşlər Nazirliyi görüşün yeni tarixinin müəyyən ediləcəyini açıqlayıb.
“Vatan”: Türkiyənin İsrail üçün gömrük sistemi bağlanıb
Türkiyə Ticarət Nazirliyinin verdiyi bəyanat görə, “İsrailə ixrac və ya idxal üçün qeydiyyatdan keçmiş gömrük bəyannaməsi yoxdur. Ölkəmizə də İsraildən hər hansı göndəriş yoxdur. Türkiyə İsrail üçün gömrük sistemini bağlayıb”.
“Star”: Türkiyə-Misir yaxınlaşması Liviya üçün də bir fürsətdir
Liviya Nümayəndələr Palatasının sədri Akila Salih Türkiyə ilə Misirin yaxınlaşmasını ölkəsindəki böhranı həll etmək üçün bir fürsət olaraq gördüklərini bildirərək deyib: “Saleh Türkiyə ilə Misirin yaxınlaşması xarici qüvvələrin Liviyadan çıxarılmasını asanlaşdıracaq”.
“Hürriyet”, Yeni Şafak”, “Haber Türk”, “Vatan” və “Star” nələrdən yazır?