AZ

Bu məhsulların qiyməti KƏSKİN ARTDI: Birdən-birə 6 manat ... - FOTO

Azərbaycanda yağların qiymətində kəskin artım müşahidə olunur.

Titul.az xəbər verir ki, 180-200 qramlıq yağların qiyməti 5 manatı keçib.

Belə ki, marketlərdə “Westgold”un 180 qramlığı 5 manat 44 qəpik, “Anchor”un 200 qramlığı isə 5 manat 28 qəpikdir.

Bahalaşmadan narazı olan alıcılar deyirlər ki, ötən ay həmin yağların satış qiyməti 4 manat olub:

“200 qramlıq yağın qiyməti 6 manata çatır. Elə adam var mədəsində problem olur, başqa yağı yeyə bilmir. Məcburdur, bunlardan alsın. Amma qiymətlər "od tutub yanır". Bütün məhsulların qiyməti qalxıb.

Aldığımız maaş bazarlığa çatmır. Hər ay 1-2 manat qiymətlər artır. Belə olmaz axı!”. /Bakupost.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
4
26
titul.az

10Mənbələr