AZ

Azərbaycanda ilk dəfə startuplar üzrə dünya çempionatının regional mərhələsi keçirilir

Azərbaycanda ilk dəfə startuplar üzrə dünya çempionatının regional mərhələsi keçirilir

ADA Universitetində dövlət rəsmilərinin, şirkət direktorlarının, 100-dək investor və 50-dən çox startup komandasının iştirakı ilə “Technovate-Sabah Mələk İnvestorlar Klubu” və “Pegasus Ventures” tərəfindən Azərbaycanda ilk dəfə təşkil olunacaq startuplar üzrə dünya çempionatının (“Startup World Cup”) regional mərhələsi keçirilir.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, “Technovate-Sabah Mələk İnvestorlar Klubu”nun prezidenti Fərid İsmayılzadə startup yarışlarının dünyada qlobal tədbir olduğunu bildirib.

F.İsmayilzadə həmçinin qeyd edib ki, mükafat fondu 1 milyon dollar təşkil edir: “Azərbaycanda bu tədbir ilk dəfə keçirilir. Bu gün 5 startupdan 1- i qalib gələcək və oktyabrın 4-də ABŞ-in San-Fransisko şəhərində 1 milyon dollar uğrunda yarışda qalib adı üçün yarışacaqlar”.

Mənbə: AZƏRTAC

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
3
ilk.az

4Mənbələr