AZ

Azərbaycan Ticarət Forumu keçiriləcək

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Forumda idxal-ixrac əməliyyatları ilə bağlı mövcud vəziyyət və imkanlar, KOB-ların ixracda payının artırılması və ticarət sahəsində əməkdaşlıq perspektivləri müzakirə ediləcək.
Oxu.Az xəbər verir ki, bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) məlumat yayıb.
KOBİA və Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyasının birgə təşkilatçılığı, "PAŞA Holding"in dəstəyi ilə oktyabrın 1-də Azərbaycan Ticarət Forumu keçiriləcək.
"KOB-lar üçün imkanlar, mövcud vəziyyət və çağırışlar" mövzusuna həsr olunacaq forumun məqsədi sahibkarların iştirakı ilə idxal-ixrac əməliyyatları ilə bağlı mövcud vəziyyəti və imkanları, onların ixracda payının artırılmasını və ticarət sahəsində əməkdaşlıq perspektivlərini müzakirə etməkdir.
Forumda dövlət rəsmilərinin, idxal-ixrac, istehsalat, logistika, gömrük təmsilçiliyi və s. sahələrdə fəaliyyət göstərən şirkətlərin nümayəndələrinin iştirakı nəzərdə tutulur.
Azərbaycan Ticarət Forumu ilə bağlı ətraflı məlumat və qeydiyyatdan keçmək üçün: https://forum2024.agtl.org.az/#form
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
0
5
oxu.az

10Mənbələr