AZ

Dənizçilər üçün sertifikatlaşdırma prosesində dəyişikliklər edilib - DDLA

Dövlət Dəniz və Liman Agentliyində dənizçilərin sertifikatlaşdırılması işinin, o cümlədən dənizçilərə sertifikatların (diplomların) verilməsi üzrə imtahanların təşkili, bununla bağlı ərizələrin qəbulu prosesinin təkmilləşdirilməsi istiqamətində islahatlar həyata keçirilib.

Fins.az xəbər verir ki, cari il oktyabr ayının 1-dən etibarən sertifikatların (diplomların) verilməsi üzrə agentlikdə təşkil olunan imtahanlar həftənin bazar ertəsi, çərşənbə və cümə günləri olmaqla saat 09:00, 11:00 və 14:00-da keçiriləcək.

Digər yenilik gəmi heyəti üzvləri ilə bağlıdır. Müvafiq sahə üzrə təhsili olan dənizçinin sənədi “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair” (DHDNÇ) Beynəlxalq Konvensiyanın, eyniadlı Məcəllənin və Beynəlxalq Dəniz Təşkilatının müvafiq model kurslarının minimum tələblərinə cavab verərsə, həmin şəxs sertifikat (diplom) əldə etmək imkanı qazanacaq.

Dənizçilər həyata keçiriləcək yeniliklərlə bağlı agentliyin Çağrı Mərkəzinə (012 497 44 05)  zəng etməklə, eləcə də info@ddla.gov.az e-poçt ünvanına müraciət göndərməklə ətraflı məlumat əldə edə bilərlər.

Qeyd edək ki, islahatların məqsədi dənizçilərin sertifikatlaşdırılması prosesinin optimallaşdırılması, daha keyfiyyətli və operativ xidmət göstərməklə vətəndaş məmnunluğunun artırılmasıdır.

Zemfira Ms
Fins.az

 

Seçilən
10
11
fins.az

10Mənbələr