AZ

Bakı Fond Birjası: Fərdi investorların fəaliyyəti zəifdir

Azərbaycanda fərdi investorların fəaliyyəti zəifdir.

Bunu Bakı Fond Birjasının (BFB) yeni brendinq tədbirində qurumun idarə heyətinin sədri Ruslan Xəlilov deyib.

O, fərdi investorların zəif olmasının bir neçə səbəbini qeyd edib:

"Bunlar arasında maliyyə savadının aşağı səviyyəsi, investisiya alətlərinə çıxışın məhdud olması və bazarda infrastrukturun yetərincə inkişaf etməməsi xüsusi əhəmiyyətlidir. Maliyyə savadlılığının yetərli olmaması investorların riskləri düzgün qiymətləndirə bilməməsinə və maliyyə qərarlarında ehtiyatlı davranmasına səbəb olur. Bundan əlavə, ölkədə müxtəlif investisiya məhsulları, məsələn, səhmlər, istiqrazlar və digər maliyyə alətləri kifayət qədər tanıdılmır və əhalinin onlara marağı azdır".

© APA

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
2
4
marja.az

6Mənbələr