İranlı hakerlər Donald Trampın seçki qərargahından məlumatları oğurlayaraq Co Baydenin ofisinə göndəriblər.
"Unikal" xəbər verir ki, bu barədə FTB və ABŞ kəşfiyyat xidmətləri məlumat yayıb.
Milli Kəşfiyyat Direktorunun Ofisi, FTB və Kibertəhlükəsizlik və İnfrastruktur Təhlükəsizliyi Agentliyinin birgə bəyanatında deyilir ki, iyunun sonu və iyulun əvvəlində iranlı hücumçular "o vaxt Prezident Baydenin kampaniyası ilə əlaqəli şəxslərə məktublar göndəriblər. E-məktublarda keçmiş prezident Trampın kampaniyasından oğurlanmış ictimai olmayan materialla var".
Bəyanatda deyilir ki, Baydenin heyətinin onlara cavab verdiyinə dair heç bir əlamət yoxdur.
Gülayə Mecid