AZ

“Bəs deyirdin demokratam?! – Elşən Musayevdən Əli Kərimliyə sərt sözlər!




"Əli  Kərimli özündən müştəbeh halda çox dırıldayırdı, qırıldayırdı, guruldayırdı ki, boykot xəttini ətrafımdakı hər kəs qəbul edib. Al, bu da sənə nəticə! Al, bu da sənə ətraf! Ən yaxın bildiyin adamlar belə sırf bu məsələyə görə Partiyadan publik şəkildə istefa verirlər, sənin qərarının yanlış olduğunu söyləyirlər, xroniki boykotdan bezdiklərini, iryəndiklərini dilə gətirirlər.”– 7NEWS.AZ xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev söyləyib.

"Təlxəkliyin, riyakarlığın, debil strategiyanın axırı bax budur, Əli Kərimli!

Baxıram, sosial şəbəkələrə. Dəhşətə gəlirəm. Vallah-billah həqiqi sözümdür - dəhşətə gəlirəm. Əli Kərimli adında şərəfsiz məxluq indi də lələkli kamikadzelərini, bədnam trollarını illər boyunca onun yanında olan Asif Yusiflinin, İlham Hüseynin üzərinə yönəldib. Durmadan söydürür, təhqir elətdirir. Nə var - nə var  istefa veriblər. Nə var ki, təşkilatdan gediblər.

Çıxıb çıxıb da. Gedib gedib də. Niyə qurşaqdan aşağı vurursan, niyə ləyaqətsizlik edirsən? Axı bu adamlar bütün həyatlarını sənə həsr ediblər, daim sənin yanında olublar.

Bəs deyirdin demokratam? Ol da demokrat. Niyə ola bilmirsən? Niyə quyruğun qapı arasında qalan kimi əsl şeytan sifətini göstərirsən, yırtıq maskandan iyrənc şəkildə boylanırsan, mundarlığı-mundarlıq, şərəfsizliyi-şərəfsizlik dalınca edirsən?

Qoy deyim, niyə! Çünki adam deyilsən, adam ola bilməmisən. Çünki, gədəsən. Çünki sənin ruhunda, xislətində, hərəkətində demokratiyanın "d” hərfindən belə əsər-əlamət yoxdur. Çünki boykot da daxil sənin bütün addımların  mənəviyyatsızlıq şousudur, təxribatdır, saxtakarlıqdır, dövlət və millət əleyhinə yönəlmiş yırtıcı, xain təşəbbüslərdir.” - deyə Partiya sədri fikirlərinə davam edib.
 
 
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
7news.az

1Mənbələr