Səbail Rayon Məhkəməsində "Kanal13" internet televiziyasının rəhbəri Əziz Orucovun barəsində olan həbs qətimkan tədbirinin müddəti daha 3 ay uzadılıb. Bu barədə onun Lamiyə Çerpanova məlumat verib.
Ötən il dekabrın 27-də də Səbail Rayon Prokurorluğu Əziz Orucovun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətini təmin etməyib.
Səbail Rayon Məhkəməsində 2023-cü il noyabrın 28-də keçirilən prosesdə Orucov barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Daha sonra ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə yeni ittiham irəli sürülüb.
Əziz Orucov ötən il noyabrın 27-də saxlanılıb. Ona qarşı Cinayət Cinayət Məcəlləsinin 188.2 (Mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işləri aparma) maddəsilə cinayət işi qaldırılıb.
Aytac
www.anews.az