AZ

“Kəpəz”in yeni transferi: “Komandama kömək etmək istəyirəm”

“Kəpəz”in yeni transferi Dioqu Verdeska klubun mətbuat xidmətinə açıqlama verib.

Msport.az xəbər verir ki, portuqaliyalı müdafiəçi Gəncə təmsilçisinə keçdiyi üçün xoşbəxt olduğunu söyləyib.

O, bir az həyəcanlı olduğunu da vurğulayıb. “Var gücümü ortaya qoyub komandama kömək etmək istəyirəm. Qarşıdakı oyunlarda bacarığımı göstərmək üçün çox çalışacam. Azərbaycanda bir çox portuqaliyalı futbolçunun çıxış etməsindən xəbərdaram. “Kəpəz”də də həmyerlilərim oynayır. Ötən mövsüm “Gəncə”də forma geyinən İqor Rodriqesin azarkeşlər tərəfindən necə sevilməsindən xəbərdaram. Bizə qarşı münasibət çox yaxşıdı. Bunu qarşılanmağımdan hiss etdim. Mən və indiki komanda yoldaşlarım da bu sevgini qazanmaq istəyirik. Bu baxımdan, dayanmadan məşq edəcəyik. Portuqaliyalıların “Kəpəz”də özünü ən yaxşı tərəfdən göstərməsi mənim üçün qürurvericidir. Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş da portuqaliyalıdır. Onun burada olması xoşdur. Təcrübəli mütəxəssisdir, yığmanıza köməyi dəyə bilər”.

Qeyd edək ki, müdafiəçinin son klubu İspaniyada Sequnda (LaLiga 2) təmsilçisi “Mirandes” olub. “Portu”nun yetirməsi olan Dioqo İspaniyada “Real Saraqosa”da, eləcə də “Beytar” (İsrail, Yerüsəlim) və “Şlensk” (Polşa, Vrotslav) klublarında oynayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
0
6
msport.az

9Mənbələr