Yeni dərs ilinin başlanması müəllimlərin maaşı ilə bağlı sualları da gündəmə gətirib.
Tez-tez sosial şəbəkələrdəki müzakirələrdə “Müəllimlərin əmək haqqı necə hesablanır” sualına rast gəlinir.
Titul.az xəbər verir ki, modern.az saytı müzakirələri nəzərə alaraq müəllimlərin dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin aylıq vəzifə maaşlarının sxemini təqdim edir. Bu sxem Nazirlər Kabinetinin 2023-cü il 7 mart tarixli 67 nömrəli Qərarı ilə təsdiq edilib. Qərar 2023-cü il fevralın 1-dən tətbiq edilir.
***
Elm və Təhsil Nazirliyinin internet saytında dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin əməkhaqqının hesablanması üçün onlayn kalkulyator xidməti yaradılıb.
Bunun üçün saytdakı “Onlayn kalkulyator” (//edu.gov.az/calculator) keçidinə daxil olmaq lazımdır. Onlayn kalkulyator xidməti vasitəsilə ümumi təhsil müəssisələrində çalışan bütün müəllimlər əməkhaqqını hesablama imkanı əldə edə bilərlər.
Müəllimlər “Onlayn kalkulyator” (//edu.gov.az/calculator) keçidinə daxil olmaqla müvafiq məlumatları qeyd etməli və “Hesabla” düyməsini seçməlidir. Bu zaman hesablanmış əməkhaqqı ekranda əks olunacaq. Müəllimlər ödənilən əlavələr, əməkhaqqından tutulmalar barədə məlumatları sağ tərəfdə açılan cədvəl vasitəsilə əldə edə biləcəklər.