AZ

“Qələbəyə gedən yol” sənədli filminin təqdimatı keçirilib - FOTOLAR

2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycanın Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə aparılan antiterror tədbirlərində qəhrəmancasına şəhid olan Tapdıq Xələfovun həyat və döyüş yolundan bəhs edən sənədli filmin təqdimatı keçirilib.

QHT.az xəbər verir ki, təqdimat mərasimində millət vəkilləri, ictimai xadimlər, tanınmış şəxslər və media nümayəndələri iştirak edib. Film Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə lentə alınıb. “Qələbəyə gedən yol” adlı sənədli film “Regional Medianın İnkişafına Yardım” İctimai Birliyinin “Şəhid Tapdıq Xələfovun döyüş yolu” layihəsi çərçivəsində çəkilib.

Filmin “ARB”, ölkənin ilk uşaq kanalı “ARB Günəş” və “Kanal S” televiziyalarında yayımı da nəzərdə tutulub. Ekran işinin çəkilişləri şəhidin boya-başa çatdığı Xaçmazın Qıraqlı kəndində həyata keçirilib. Tapdıq Xələfovun qəhrəmanlıq yolunu işıqlandıran filmin quruluşçu rejissoru “ARB Günəş” televiziyasının direktoru Məhsim Məhsimov, prodüseri Vəli Turan, quruluşçu operatoru Azər Sultanovdur.

Qeyd edək ki, Xələfov Tapdıq Vidadi oğlu 1996-cı il martın 29-da Xaçmaz rayonunun Qıraqlı kəndində anadan olub. 2012-ci ildə Xaçmaz rayon Qıraqlı kənd tam orta məktəbini bitirib. 2014-cü il ildə ordu sıralarına yollanıb. Vətənə xüsusi sevgisi ilə seçilən Tapdıq 2022-ci ildə “Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının komando hazırlığı kursuna”na qəbul olub. Təlimləri uğurla bitirərək, həyatını orduya bağlayıb. 2023-cü ildə “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalla, həmçinin xidmətdə fəallığına görə fəxri fərmanlarla mükafatlandırılıb. Qarabağ bölgəsində həyata keçirilən lokal xarakterli antiterror tədbirlərində xüsusi şücaət göstərən Tapdıq Xələfov 2023-cü il sentyabrın 20-də şəhidlik zirvəsinə ucalıb. Azarbaycan Respublikası prezidenti, Ali Baş Komandan İlham Əliyevin sərəncamına əsasən ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunub. Ailəli idi, özündən sonra bir övladı qalıb.

Açıklama

Açıklama

Açıklama

Açıklama

Açıklama

Açıklama

Açıklama

Açıklama

Açıklama

Açıklama

Açıklama

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
0
5
turkustan.az

6Mənbələr