AZ

“Qələbəyə gedən yol” sənədli filminin təqdimatı olub (FOTO)

Bakı. Trend:

2023-cü ilin 19-20 sentyabr tarixlərində AzərbaycanınKonstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə aparılanantiterror tədbirlərində qəhrəmancasına şəhid olan Tapdıq Xələfovunhəyat və döyüş yolundan bəhs edən sənədli filmin təqdimatıkeçirilib.

Trend xəbər verir ki,təqdimat mərasimində millət vəkilləri, ictimai xadimlər, tanınmışşəxslər və media nümayəndələri iştirak edib.

Film Azərbaycan Respublikasının Qeyri-Hökumət TəşkilatlarınaDövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə lentə alınıb.“Qələbəyə gedən yol” adlı sənədli film “Regional Medianınİnkişafına Yardım” İctimai Birliyinin “Şəhid Tapdıq Xələfovun döyüşyolu” layihəsi çərçivəsində çəkilib.

Filmin “ARB”, ölkənin ilk uşaq kanalı “ARB Günəş” və “Kanal S”televiziyalarında yayımı da nəzərdə tutulub. Ekran işininçəkilişləri şəhidin boya-başa çatdığı Xaçmazın Qıraqlı kəndindəhəyata keçirilib. Tapdıq Xələfovun qəhrəmanlıq yolunu işıqlandıranfilmin quruluşçu rejissoru “ARB Günəş” televiziyasının direktoruMəhsim Məhsimov, prodüseri Vəli Turan, quruluşçu operatoru AzərSultanovdur.

Qeyd edək ki, Xələfov Tapdıq Vidadi oğlu 1996-cı il martın 29-daXaçmaz rayonunun Qıraqlı kəndində anadan olub. 2012-ci ildə Xaçmazrayon Qıraqlı kənd tam orta məktəbini bitirib. 2014-cü il ildə ordusıralarına yollanıb. Vətənə xüsusi sevgisi ilə seçilən Tapdıq2022-ci ildə “Müddətdən artıq həqiqi hərbi xidmət hərbiqulluqçularının komando hazırlığı kursuna”na qəbul olub. Təlimləriuğurla bitirərək, həyatını orduya bağlayıb. 2023-cü ildə “Hərbixidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalla, həmçinin xidmətdəfəallığına görə fəxri fərmanlarla mükafatlandırılıb. Qarabağbölgəsində həyata keçirilən lokal xarakterli antiterrortədbirlərində xüsusi şücaət göstərən Tapdıq Xələfov 2023-cü ilsentyabrın 20-də şəhidlik zirvəsinə ucalıb. Azarbaycan Respublikasıprezidenti, Ali Baş Komandan İlham Əliyevin sərəncamına əsasənölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və“Vətən uğrunda” medalı ilə təltif olunub. Ailəli idi, özündən sonrabir övladı qalıb.

“Qələbəyə
“Qələbəyə
“Qələbəyə
Məqalədə:
Seçilən
16
9
az.trend.az

10Mənbələr